ThetaHealing Basic DNA təlimi (Təməl DNK)
ThetaHealing nədir?
ThetaHealing, yaşadığınız bütün neqativ hadisələrin şüuraltı səbəblərini müəyyən etməyə və onları dərhal dəyişdirməyə imkan verən bir texnikadır.
Xüsusi bir meditasiya ilə, oyaq ikən beynimizin tezliyini teta dalğasına apararaq, şüuraltımızda olan mənfi tıxanmaları aşkar edib dəyişdirə bilərik. Teta beyin dalğasında görülən bu şəfa çalışması ThetaHealing adlanır.
ThetaHealing mənəvi şəfa təcrübəsidir. Biz digər texnikalarda olduğu kimi fiziki bir şəfa deyil, şüuraltımız vasitəsilə ruhumuza çataraq mənəvi ölçüdə lazımlı şəfanı edirik. Bu texnikanın praktikantları bu şəfa üsulunu öyrənərkən spiritual işlərlə də məşğul olurlar.
1995-ci ildə Amerikalı Vianna Stibal tərəfindən yaradılıb.
Bu, sübut edilmiş effektləri və bir çox möcüzəvi nəticələri olan bir texnikadır.
189 ölkədə yüz minlərlə praktikant özlərinin və başqalarının həyatını dəyişdirmək üçün bu texnikadan istifadə edir.
Son on ildə Türkiyədə və Azərbaycanda da çox məşhur bir texnika halına gəlməsinin əsas səbəbi qısa müddətdə möcüzəvi nəticə verən şüuraltı bir müalicə üsulu olmasıdır.
ThetaHealing ilə çalışa biləcəyiniz Nümunə Mövzular
Zehin: Hər cür mənfi duyğular (qorxu, kədər, qəzəb və s.)yetərsizlik, dəyərsizlik, stress, narahatlıq, fobiyalar, depressiya
Ürək: Sevgi, münasibətlər, evlilik, ruh yoldaşı(ekizi), uşaqlar
Pul: Bolluq, karyera, iflas, pul axını, pul sərmayəsi
Bu nümunə mövzulardan başqa, hər hansı bir probleminiz üçün ThetaHealing texnikasından istifadə edərək şüuraltınız üzərində işləyə bilərsiniz.
ThetaHealing Basic DNA tətbiqçilik təlimi
ThetaHealing BASİC DNK Tətbiqçilik Təlimi
Onlayn ThetaHealing praktikant təlimi alaraq
sertifikatlı ThetaHealer olub,
intuitiv şəfa gücünüzü istifadə etməyi öyrənin.
Özünüz, yaxınlarınız və başqaları üçün
ThetaHealing seanslarını etməklə şəfalanın, şəfalandırın!
1-ci modul olan Basic DNT təlimimizin iştirak haqqı 500 azn təşkil edir. Təlim 3 gün 15 saat davam edir. Bu həm nəzəri təhsildir, həm də tələbələrin Zoom tətbiqində xüsusi otaqlarda 28 texnikanı praktika edərək öyrəndikləri bir təlimdir. Təlimin sonunda tələbələr beynəlxalq səviyyədə tanınan ThetaHealing praktikant(tətbiqçi) sertifikatını alırlar. Bu təlimdə iştirak etdiyiniz zaman ömürlük limitsiz təkrar iştirak hüququ, aylıq ödənişsiz təcrübə dərslərində iştirak etmək hüququ, məzunların bir-birinə kömək etdiyi whatsapp qrupa üzvlük, qarşılıqlı şəfa işlərinin aparıldığı və bizim tələbələrin təcrübələrini bölüşdüyü grupa qatılım haqqı da verilir. Məqsədimiz bu texnikanı həyatınıza daxil etməkdir. Çünki siz özünüzü və ətrafınızdakıları sağaltdığınız kimi dünya da sağalacaq.
Cəmi 3 gün - 15 saat - 28 praktika
Tarix -
Təlimin ödənişi - 500 azn
Təqaüd (scholarship) mövcuddur.
Taksit kartları ilə hissəli ödəniş mümkündür.
Mən niyə bu təlimi almalıyam?
Özünüzü kəşf etməyə başlayırsınız
İntuitiv (hissi) qabiliyyətlərinizi kəşf edin
İntuitiv qabiliyyətlərinizdən istifadə etməyə başlayırsınız
Çoxlu şəfalandırmalar edərək içinizdəki güclə qarşılaşacaqsınız.
Özünüz, sevdikləriniz və başqaları üçün ThetaHealing seanslarını etməyə başlayırsınız
Yeni karyeraya addım ata bilərsiniz
Təlimin gedişatı :
Seminarda iştirak üçün heç bir şərt yoxdur, hər kəs iştirak edə bilər.
Zoom vasitəsilə 3 gün, cəmi 15 saat davam edəcək onlayn təlim keçiriləcək.
- Təlim zamanı siz nəzəri hissədən əlavə cəmi 28 texnikanı praktika edərək texnikanı təcrübədən keçirir və mənimsəyirsiniz.
-Təlim formatının tələb etdiyi əsas məlumatları əldə etdikdən sonra Zoom vasitəsilə öyrəndiklərinizi 2 nəfərlik xüsusi otaqlarda təcrübə edib və qarşılıqlı seanslar edə biləcəksiniz və sıxışdığınız nöqtələrdə təlimçi dəstəyi alacaqsınız.
Təlimlə birlikdə əldə edəcəksiniz :
ThetaHealing təməl səviyyə (Basic DNA) dərs kitabı
ThetaHealing qurucusu Vianna Stibal yazmış olduğu ( ThetaHealing - Sıradışı bir enerji yaklaşımına giriş ) kitabı
Tunar Nəbizadə tərəfindən hazırlanmış seans gedişat blankı
Təlimdən sonra əldə edəcəyiniz sertifikat nümunəsi
Sayt hesabı
Təlimdən sonra ThetaHealing.com saytındakı praktikant(tətbiqçi) profiliniz aktivləşdirilir. Bu profildə hansı modul təlimlərini keçdiyiniz bir-bir yazılacaq.
Bu icazə ilə siz başqalarına ödənişli məsləhət xidmətləri göstərə bilərsiniz. Azərbaycanda və ya qlobal olaraq bütün freelance platformalarda reklam yerləşdirərək sessiya xidmətləri təklif edə və öz Instagram hesabınızdan istifadə edərək yeni müştərilərə çata bilərsiniz.
Dördüncü təlim olan Siz və Yaradıcı təlimini bitirdikdən sonra siz ThetaHealing® təlimçilik təlimlərində iştirak etmək hüququ qazanırsınız. Bu istiqamətdə özünüzü inkişaf etdirərək, təlimçi olmaq yolunda irəliləyə bilərsiniz.
Təlim mövzu başlıqları :
1-ci gün və 2-ci gün
Praktika edəcəyiniz mövzular qırmızı rənglə yazılmışdır.
- ThetaHealing tarixi
Sözlərin və düşüncələrin gücünün həyatınıza təsiri
- Beş beyin dalğası
-Elektromaqnit sahəsi - Enerji kəsmə
-Xəyal – Əmr
Fikrinizi Theta frekansına uyğunlaşdırmaq üçün - Meditasiya
- Oxu - Bədənin skan edilməsi
- İntuitiv (hissi) qabiliyyətlərini aktiv edilməsi
- Çakra enerjilərini balanslaşdırmaq
- Əzələ testi
-Şəfa texnikası
- Qrup şəfası
-İnanc səviyyələrinin əsasları
-İnanc dəyişikliyi uzun metod
-Dərin qazma - (mənfi inancları aşkar etmək üsulu)
-Kök inancların əsasları və dəyişdirilməsi
- Hiss yükəməsi və praktikası - kodlamalar
-İnanc dəyişməyin qısa yolu
- Qazma işi
-Qazma nümunəsi 1: Qorxu
1-ci seans öyrənilməsi
3 gün
-7 varoluş (mövcudluq) səviyyəsi
-Qoruyucu mələklər
- qərarsız ruhlar
- Düşmüş ruhlar
-Virus, bakteriya, göbələk, parazit
- Radiasiya və ağır metallar
-Ruh yoldaşı (ekizi)
-Ruh parçacıqları ayırma (bağ kəsmə)
-Niyə bizim arzularımız reallaşmır?
-Yaratım texnikası (arzuları reallaşdırma)
- Gələcək oxuması
-DNT aktivləşdirilməsi
-Gənclik və canlılıq xromosomunun aktivləşməsi
-Fiziki genin bərpa edilməsi
-Yaşlanma ilə bağlı genetik proqramların dəyişdirilməsi
Təlimdən sonra həmişə birlikdə olacağıq!
1. Tək-tək Dəstək
Təlimdən sonra Tunar Nəbizadədən fərdi dəstək ala bilərsiniz. Siz vaxt keçirdiyiniz yerdə ona suallar verə bilərsiniz.
2. ThetaHealers WhatsApp qrupuna üzvlük
Digər məzunlara kömək edə biləcəyiniz WhatsApp qrupuna üzv olmaq öyrəndiklərinizi möhkəmləndirməkdə sizə çox kömək edəcək. Bu qrup vasitəsilə bir çox tələbələrimiz bir-birinin üzərində işləyərək texnikaya yiyələnirlər.
3. Aylıq kollektiv təcrübə sessiyalarında iştirak etmək hüququ
Yalnız məzunlar üçün aylıq praktiki məşğələlərdə iştirak etmək hüququnuz var, siz bu praktiki işlərdə bildiklərinizi möhkəmləndirəcək və hər sessiyada fərqli mənəvi təcrübələr yaşayacaqsınız.
Tələbələrimizdən geri dönüşlər