ThetaHealing Advanced DNA (İrəli DNK)

ThetaHealing Advanced DNA - irəli səviyyə

Advanced DNA Thetahealing®-in qabaqcıl modul 2 təlimidir. Bu modulu almaq üçün siz Basic DNA məzunu olmalısınız. Bu təlimdə siz Basic DNA təlimində öyrəndiyiniz bütün mövzularda ixtisaslaşacaqsınız və özünüzü yeni biliklərlə təchiz edəcəksiniz. Siz varoluşun bütün səviyyələri haqqında daha çox məlumat əldə edəcəksiniz. Həyatınızda sizə xidmət etməyən əhd və sözləşmələrin təsirindən necə qurtulacağınızı öyrənəcəksiniz. Daha əvvəl yaşamadığınız hissləri tanıyacaqsınız. Çox hisslər yüklənəcək. Qəzəbinizi, incikliyinizi, bağışlamamağınızı və ağrınızı geridə qoymağı öyrənəcəksiniz. Siz texnikada ixtisaslaşacaqsınız. Sizi bu təlimdə bunlardan çox şey gözləyir.

Toplam: 3 gün - 15 saat


Tarix: 7-8-9 Aprel 2023

Saat: 12:00 - 18:00

Təlim ödənişi: 500 azn

Mən niyə bu təlimi almalıyam?

- Basic DNA təlimində öyrəndiyiniz biliklərə yiyələnirsiniz.

- Varoluşun bütün səviyyələrini ətraflı öyrənəcəksiniz.

- Yaşadığınız mənfi dövrlərin səbəblərini qısa müddətdə taparaq dəyişdirirsiniz.

- Ehtiyacınız olan hisslər hiss yükləməsi ilə sizə yüklənir və siz enerjinizi yüksəldəcəksiniz.

- Müxtəlif fəaliyyətlərlə şüurun(fərqindəliyin) yeni səviyyəsinə çatırsınız.

- Advanced seminarının bir çox fərqli araşdırmalarını yaşayaraq mənəvi inkişafınıza töhfə verəcəksiniz.

- Seanslarınızda daha da artım olacaq.

Təlimin gedişatı:

-Təlimdə iştirak etmək üçün əsas şərt Basic DNA üzrə məzun olmaqdır.

– Online(zoom) və Canlı təlim(Af business house)  da 3 gün, cəmi 15 saat davam edəcək. (2 seçim şansı)

- Təlim zamanı bir çox təcrübələrdə, eləcə də mühazirələrdə iştirak edərək texnikanı təcrübədən keçirir və mənimsəyirsiniz.

-Təlim formatının tələb etdiyi əsas məlumatları əldə etdikdən sonra Zoom vasitəsilə öyrəndiklərinizi 2 nəfərlik xüsusi otaqlarda təcrübə edə və qarşılıqlı seanslar edə biləcəksiniz və sıxışdığınız nöqtələrdə təlimçi dəstəyi alacaqsınız.

Təlimlə birlikdə əldə edəcəksiniz :

Təlimdən sonra əldə edəcəyiniz sertifikat nümunəsi

Sayt Hesabı

Təlimdən sonra ThetaHealing.com saytındakı praktikant(tətbiqçi) profiliniz aktivləşdirilir. Bu profildə hansı modul təlimlərini keçdiyiniz bir-bir yazılacaq.


Bu icazə ilə siz başqalarına ödənişli məsləhət xidmətləri göstərə bilərsiniz. Azərbaycanda və ya qlobal olaraq bütün freelance platformalarda reklam yerləşdirərək sessiya xidmətləri təklif edə və öz Instagram hesabınızdan istifadə edərək yeni müştərilərə çata bilərsiniz.


Dördüncü təlim olan Siz və Yaradıcı təlimini bitirdikdən sonra siz ThetaHealing® təlimçilik təlimlərində iştirak etmək hüququ qazanırsınız. Bu istiqamətdə özünüzü inkişaf etdirərək, təlimçi olmaq yolunda irəliləyə bilərsiniz.

Təlim mövzu başlıqları :

- İlahi olana bağlanmaq

- Çoxlu hiss yükləmə praktikaıs ilə yeni hisslər əldə etmək (1000+ hiss)

- Qəzəb, rədd edilmə, peşmanlıq hisslərindən azad olmaq

- Varoluşun yeddi səviyyəsini dərindən izahı

- Qabaqcıl inanc proqramlarında dərinləşmə ( daha dərin qazma )

- İnanc səviyyələrinin təməlləri

- İnisisiasiya (aktivləşmə)

-Bir çox dərin qazma məşqləri ilə kök inanc tapmaqda praktika

- Bitkilərlə görüş

- Əcdadlarımızla əlaqə qurmaq və həyatımızın əsas məqamlarına cavab tapmaq

- Boş gəzən yaddaşların, xatirələrin təmizlənməsi

- Ana bətni şəfalandırma

- Qırıq ruhun bərpaası

- Orqanik olmayan maddələrin təmizlənməsi

- Ali(yüksək) mənliklə danışmaq

- Gələcəyi xatırlamaq 

- Zamanı dəyişdirmə (bükmə)

- Ürək mahnısı

Təlimdən sonra həmişə birlikdə olacağıq!

 

1. Tək-tək Dəstək

Təlimdən sonra Tunar Nəbizadədən fərdi dəstək ala bilərsiniz. Siz vaxt keçirdiyiniz yerdə ona suallar verə bilərsiniz.

 

2. ThetaHealers WhatsApp qrupuna üzvlük

Digər məzunlara kömək edə biləcəyiniz WhatsApp qrupuna üzv olmaq öyrəndiklərinizi möhkəmləndirməkdə sizə çox kömək edəcək. Bu qrup vasitəsilə bir çox tələbələrimiz bir-birinin üzərində işləyərək texnikaya yiyələnirlər.

 

3. Aylıq kollektiv təcrübə sessiyalarında iştirak etmək hüququ

Yalnız məzunlar üçün aylıq praktiki məşğələlərdə iştirak etmək hüququnuz var, siz bu praktiki işlərdə bildiklərinizi möhkəmləndirəcək və hər sessiyada fərqli mənəvi təcrübələr yaşayacaqsınız.

 

4. Limitsiz təkrarlar

Siz həmçinin təkrar məqsədlər üçün gələcəkdə açılacaq bütün Əsas DNT təlimlərində iştirak etmək hüququnuz var. Biliklərinizi yeniləmək istədiyiniz zaman müntəzəm təlimlərimizdə təkrar-təkrar iştirak edə bilərsiniz.