Ruhunda və şəxsi inkişafında keçid yolunun dəstəkçisi
Tunar Nəbizadə kimdir ?
Beynəlxalq ThetaHealing təlimçisi
Yaşam və münasibət kouçu
Enerji elmləri üzrə master
Ölkənin ən gənc Ekspert ThetaHealer və Psixo, spritiual - kouçu.
ThetaHealing nədir?
ThetaHealing, yaşadığınız bütün neqativ hadisələrin şüuraltı səbəblərini müəyyən etməyə və onları dərhal dəyişdirməyə imkan verən bir texnikadır.
Xüsusi bir meditasiya ilə, oyaq ikən beynimizin tezliyini teta dalğasına apararaq, şüuraltımızda olan mənfi tıxanmaları aşkar edib dəyişdirə bilərik. Teta beyin dalğasında görülən bu şəfa çalışması ThetaHealing adlanır.
ThetaHealing mənəvi şəfa təcrübəsidir. Biz digər texnikalarda olduğu kimi fiziki bir şəfa deyil, şüuraltımız vasitəsilə ruhumuza çataraq mənəvi ölçüdə lazımlı şəfanı edirik. Bu texnikanın praktikantları bu şəfa üsulunu öyrənərkən spiritual işlərlə də məşğul olurlar.
1995-ci ildə Amerikalı Vianna Stibal tərəfindən yaradılıb.
Bu, sübut edilmiş effektləri və bir çox möcüzəvi nəticələri olan bir texnikadır.
189 ölkədə yüz minlərlə praktikant özlərinin və başqalarının həyatını dəyişdirmək üçün bu texnikadan istifadə edir.
Son on ildə Türkiyədə və Azərbaycanda da çox məşhur bir texnika halına gəlməsinin əsas səbəbi qısa müddətdə möcüzəvi nəticə verən şüuraltı bir müalicə üsulu olmasıdır.
ThetaHealing ilə çalışa biləcəyiniz Nümunə Mövzular
Zehin: Hər cür mənfi duyğular (qorxu, kədər, qəzəb və s.)yetərsizlik, dəyərsizlik, stress, narahatlıq, fobiyalar, depressiya
Ürək: Sevgi, münasibətlər, evlilik, ruh yoldaşı(ekizi), uşaqlar
Pul: Bolluq, karyera, iflas, pul axını, pul sərmayəsi
Bədən: sağlamlıq, çəki, xəstəliklər
Bu nümunə mövzulardan başqa, hər hansı bir probleminiz üçün ThetaHealing texnikasından istifadə edərək şüuraltınız üzərində işləyə bilərsiniz.